Bank sektorunun I rüb üzrə icmal göstəriciləri açıqlanıb

2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda  fəaliyyət göstərən 32 bankın cəmi aktivləri  29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,760.2 milyon manatdır. Əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir.

2017-ci ilin birinci rübü üzrə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

Bank icmal 31 march 2017

Son xəbərlər
Digər xəbərlər