15 C
Baku
Wednesday, October 2, 2024

Google və Facebook şirkətindən 100 milyon dollar oğurladılar

Banker.az saytının xarici mediaya istinadən verdiyi məlumata görə, Google və Facebook şirkətləri 100 milyon dollar dəyərində ödəniş maxinasiyasının qurbanına çevrilib. Lakin xoşbəxtlikdən oğurlanan vəsaitlərin əsas hissəsini geri qaytarmaq mümkün olub.

Litvalı Evaldas Rimasauskas elektron kommunikasiya vasitələrindən istifadə etməklə fırıldaqçılıq etməkdə, çirkli pulların yuyulmasında və şəxsi məlumatların oğurlanmasında ittiham edilir. Rimasauskas özünü Google, Facebook və Apple şirkətlərinin müştərisi olduğu, tayvanlı elektonika istehsalçısı Quanta Computer şirkətinin nümayəndəsi kimi qələmə verib.

Fortune jurnalının apardığı araşdırmaya görə, Rimasauskas Facebook və Google şirkətlərinə saxta invoyslar göndərib. Onlar isə öz növbəsində fırıldaqçıya 100 milyon dollar ödəyib.

Facebook kimi Google şirkəti də ölkə rəhbərliyi ilə operativ əməkdaşlıq nəticəsində oğurlanan vəsaitləri geri qaytara bilib.

Son xəbərlər
Digər xəbərlər