10 C
Baku
Thursday, December 12, 2024

“Atrabank”ın Kreditorlar Komitəsinin sədri seçilib

Bu gün Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında ləğv prosesində olan “Atrabank” ASC-nin Kreditorlar Komitəsinin iclası keçirilir.

Əvvəlcə iclasda Kreditorlar Komitəsinin üzvləri əsasnamə ilə tanış olublar.

Daha sonra fiziki şəxs Cavanşir Məmmədov Kreditorlar Komitəsinin sədri seçilib. Bundan başqa, fiziki şəxs Qədir Kərimov Kreditorlar Komitəsinin iclas katibi seçilib.

Qeyd edək ki, növbəti iclasın mayın 19-da keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər