Forbes hesablamasına görə, Alibaba Group rəhbəri Jack Ma inşaat şirkəti olan Wanda Group-un sədri Van Çzyanlin-i geridə qoyaraq Çinin ən varlı şəxsi adını qazanıb.
Banker.az xəbər verir ki, 12 may 2017-ci il tarixinə olan göstəricilərə görə, Ma-nın sərvəti 30,9 milyard dollar təşkil edirdi. Reytinqdə ikinci pillədə yer alan Van Çzyanlin isə 30,7 milyard dollar sərvətin sahibidir.
Şirkətin gəlirinin artması fonunda Alibaba səhmlərinin 3 dəfəyə qədər artmasından sonra Jack Ma-nın sərvəti də artıb.
Artıq bir neçə ildir ki, Çinin ən varlı insanı reytinqində birinci pillənin sahibi ya Jack Ma, yaxud da Van Çzyanlin olur. Lakin hazırda Tencent Holdings şirkətinin səhmlərinin dəyərinin qəfil olaraq artmasından sonra reytinqin yeni lideri peyda ola bilər. Qeyd edək ki, Tencent Holdings Çində ən məşhur mesajlaşma mesenceri olan WeChat-in sahibidir. Tencent sədri Ma Huatenq-in sərvəti artıq 29,7 milyard dollara çatıb.