“Amrahbank” ASC Əməliyyatçı vəzifəsinə vakansiya elan edilir.
Namizədə tələblər:
- Ali təhsil
- Müştərilərlə işləmək qabiliyyəti
- Riyazi hesablama aparmaq qabiliyyəti
- İşdə dəqiqlik, məsuliyyətlilik
- Mükəmməl azərbaycan və rus (orta səviyyədə ingilis) dilləri biliyi
- Microsoft Office və TEMENOS (T-24), SMART və proqramlarının istifadəçisi
İşçinin vəzifəsi:
- Bank məhsulları haqqında müştərilərə məlumat vermək
- Müştəri kartotekasının yaradılması
- Təyin olunmuş prosedurlar əsasında pul köçürmələri sistemləri vasitəsilə müştərilərə pul vəsaitlərinin göndərilməsi və verilməsi üzrə xidmətlər göstərmək;
- Müştərilərə hesablar üzrə əməliyyatların aparılması;
- Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozit əməliyyatlarının aparılması
- Filial rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01.07.2017 ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər (Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində qeyd etməyiniz xahiş olunur)
AMRHBNK19052017