Tramp İrana hücumu ləğv edib

ABŞ Prezidenti Donald Tramp İrana hücumu ləğv edib.

Donald Tramp bu barədə “Truth Social”da paylaşımında bildirib.

“ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə, güc və zərbə potensialı ilə İrana qarşı hərəkətə keçməyə tam hazır vəziyyətdədir. Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri bizdən hücumu təxirə salmağı xahiş ediblər, çünki razılaşmanın əsas konturları üzrə anlaşma əldə olunub.

Bu razılaşma Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılmasını, eləcə də İranın nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur. Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı və eyni zamanda uğurlu və firavan İran naminə, qısa müddətdə razılaşma əldə etmək mümkün olacağı təqdirdə, hücumu ləğv etməyə razılıq vermişəm. İsrail də bu öhdəliyə mənimlə birlikdə qoşulur. Hamı işə başlasın və bunu başa çatdırsın, – deyə ABŞ Prezidenti qeyd edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər