-3 C
Baku
Sunday, December 15, 2024

Hüquq Departamentinə Direktor – DəmirBank ASC

DəmirBank ASC Hüquq Departamentinə direktor vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

Hüquq Departamentinin direktoru Bankın korporativ hüquqdan irəli gələn və onun fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar münasibətlərdə iştirak edir. Bankın həm daxili normayaratma prosesini təşkil və ya tənzim edir, həm də bankın fəaliyyəti ilə əlaqədar onun dövlət orqanları, digər hüquqi və fiziki şəxslərlə olan münasibətlərinin hüquqi nizama salınması işinə rəhbərlik edir, departamentin işçilərinə rəhbərlik edir və onlar arasında vəzifə bölgüsü aparır, yuxarı rəhbərlik tərəfindən departament qarşısında qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün bütün zəruri tədbirləri görür və bu sahədə tabeçiliyində olan işçilərin fəaliyyətini istiqamətləndirir.

Vəzifə öhdəlikləri:

• Bankın Strateji inkişaf planının Hüquq Departamentinin fəaliyyətinə aid bölmələrinin hazırlanmasında iştirak edir, Departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
• Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
• Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin iclas protokollarının, İdarə Heyəti üzrə əmr və sərəncamların hazırlanmasını hüquqi cəhətdən  dəstəkləyir, onların ekspertizasını həyata kecirir və rəy verir;
• Bankdaxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
• Bankın emissiya prospektinin, emissiya prospekti üzrə səhm sertifikatları nümunələrinin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
• Bankın hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
• Bankdaxili tələbdən asılı olaraq filial, şöbə rəhbərlərinə və digər əməkdaşlara Bankın etibarnaməsinin verilməsini və vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin edir;
• Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və Bankın maraqlarına cavab verməsini təmin edir;
• Bankda yeni filial, şöbə və nümayəndəliklərin açılması üzrə hüquqi sənədləri hazırlayıb, Mərkəzi Banka təqdim edilməsini təmin edir,
• Bankın filial, şöbə və nümayəndəliyinin bağlanması ilə əlaqədar sənədləşdirilmələri həyata kecirir;
• Bankın sığortalanmasını (BBB, icbari sığortalar, əmlak və məsuliyyət sığortaları, işçilərin həyat sığortası  və s.) hüquqi cəhətdən müşayiət edir;
• Bankda keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.

Namizədə qarşı tələblər:

• Hüquq üzrə ali təhsili olmalı (LLM dərəcəsi arzuolunandır);
• Maliyyə sektoru haqqında aydın təəssüratı olmalı;
• Hüquq sahəsində 5 il və idarəetmə vəzifədə 3 il iş təcrübəsi olmalı;
• Azərbaycan və İngilis dillərində səlis yazı və danışıq bacarığının olması;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığı omlalı;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlıq, dəqilik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
• Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarəetmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq Departamentinə Direktor” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DMRBNK21MAY

Son xəbərlər
Digər xəbərlər