10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu

Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan ikinci ticarət nümayəndəsidir.

“Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çin Xalq Respublikasında ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir”, – deyə məlumatda deyilir.

Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri idi.

Son xəbərlər
Digər xəbərlər