9 C
Baku
Friday, December 13, 2024

Ukraynadan Azərbaycana gətirilən 70 min avroluq kosmetik mal və avadanlıqlardan ibarət yük oğurlanıb

Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqlardan ibarət ağır tonnajlı yükün olduğu maşın oğurlanıb.

Fransadan gətirilən yük ötən həftə Ukraynaya daxil olan kimi bu ölkəyə məxsus yük maşınına yüklənərək Odessa istiqamətində yola salınıb. Yükün transferini həyata keçirən Sergey Kolesniçenko bildirib ki, növbəti gündən maşının sürücüsü ilə əlaqə kəsilib. İki gün sonra isə naməlum nömrədən ona gələn zənglə bildiriblər ki, yük ələ keçirilib.

S.Kolesniçenko şirkətin vəkili ilə birgə hüquq mühafizə orqanlarına müraciət etdiklərini, lakin hələ ki, heç bir nəticəyə nail olunmadığını bildirib. Onun sözlərinə görə, yükün ümumi dəyəri 70 min avrodur.

Araşdırma aparıldığından kosmetika şirkəti adının açıqlanmasını istəməyib.

Son xəbərlər
Digər xəbərlər