9 C
Baku
Thursday, December 12, 2024

Dövlət büdcəsinə 5 ay ərzində daxil olan vergi ödəmələrinin həcmi açıqlandı

Azərbaycan Respublikası Vergilər Nazirliyi yanvar-may aylarında vergi daxilolmaları barədə açıqlama verib. Nazirlikdən Banker.az-a daxil olan xəbərə görə, büdcə tapşırıqları tam həcmdə icra olunub.

” 2017-ci ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 825 milyon 799,7 manat məbləğində vəsait ödənilib, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7% əməl olunub.” — deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 256 milyon 748 min manat məbləğində vəsait ödənilmişdi

Son xəbərlər
Digər xəbərlər