3 C
Baku
Saturday, December 14, 2024

Amazon sağlam qidalanma supermarketi Whole Foods-u $13,7 milyarda alacaq

Banker.az xəbər verir ki, Amazon şirkəti Amerikanın sağlam qidalanma üzrə supermarketlər şəbəkəsi olan Whole Foods Market-i 13,7 milyard dollara alır. Şirkətin verdiyi məlumatda qeyd edilir ki, müqavilə 2017-ci ilin sonuna qədər bağlanılacaq.

Tərəflər artıq müqavilə ilə bağlı razılığa gəlib, lakin müqavilənin bağlanma prosesinin tam olaraq baş tutması üçün hər iki şirkətin səhmdarlarının və tənzimləyicilərin təsdiqi lazımdır.

Verilən məlumata əsasən, Amazon Whole Foods-un iş prinsipini dəyişməyəcək. Şirkətin icraçı direktoru Con Makkey öz vəzifəsində qalacaq.

Qeyd edək ki, sağlam qidalanma üzrə şəbəkə Whole Foods-un əsası 1978-ci ildə qoyulub. 2016-cı ildə şirkətin ABŞ, Kanada və Böyük Britaniyada olan 460 mağazası təqribən 16 milyard gəlir gətirmişdi.

Son xəbərlər
Digər xəbərlər