«Nurgün Motors» şirkətinin prezidenti Nuru Əliyev 2016-cı ildə “NBC Bank”ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb.
Dərc edilmiş illik maliyyə hesabatına əsasən, 2016-cı ildə bankın bütün səhmdarlarının payı dəyişib.
N.Əliyev bankın ən iri və 10%-dən çox pay sahibi olan yeganə səhmdarı olaraq qalır.
2016-cı ildə bankın digər səhmdarlarının payında isə azalma qeydə alınıb.
Xüsusilə Surxay Əhmədovun payı 4,3%-dək (2015-ci ilin sonuna 8,4% təşkil edib), “Nurgun Group”un payı 6,02%-dək (7,51%), qalan səhmdarların payı 23,57%-dək (26,58%) azalıb.
Xatırladaq ki, adıçəkilən bank bu ilin ilk rübü 80 min manat, ötən ili isə 1,6 milyon zərərlə başa vurmuşdu. Banker.azın araşdırmsasına görə, bu bank 3-cü ildir ki, ardıcıl olaraq zərərlə işləyir.