Banker.az xəbər verir ki, Zelle ödəniş sistemi ilə ciddi rəqabət fonunda PayPal özünün P2P-ödənişlər xidməti Venmo-nu təkmilləşdirmək qərarına gəlib.
İndi istifadəçilər debet kartı vasitəsilə öz bank hesablarına əvvəl olduğu kimi, yəni 1 gün ərzində deyil, cəmi bir neçə dəqiqə ərzində vəsait köçürə biləcəklər.
Hazırda xidmət sınaq mərhələsində olsa da, tezliklə, daha doğrusu bir neçə ay ərzində ABŞ-da bütün istifadəçilər üçün əlçatan olacaq. Bu təkmilləşmə əsas olaraq PayPal şirkətinin ödəniş sahəsinin nəhəng şirkətləri olan Visa və Mastercard ilə partnyorluğu sayəsində mümkün oldu.
Xidmətdən istifadə haqqı bir tranzaksiya üçün 25 sent təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, rəqib Square Cash analoji xidmət üçün 1% komissiya haqqı tutur.