AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, neft qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi iqtisadiyyatımıza təsirsiz ötüşə bilməzdi
Bu gün Azərbaycan yeni bir iqtisadi tsikldədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“2009-cu ildən başlayan dünya iqtisadi böhranı nəticəsində Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi iqtisadiyyatımıza təsirsiz ötüşə bilməzdi. Azərbaycan iqtisadiyyatı özünün 25 illik qlobal trendinin altındadır. Bizim əsas məqsədimiz milli iqtisadiyyatımızın qlobal trendə qaytarılması və onun davamlı iqtisadi artımının təmin edilməsidir” – deyə o bildirib.
Sputnik.az