“Bloomberg” agentliyi “PwC” audit şirkətinin hesabatına istinadən 2030-cu ilədək dünya üzrə ümumi daxili məhsulun (ÜDM) həcminin süni intellekt sayəsində 15,7 trilyon dollar artaraq 90 trilyon dollar təşkil edəcəyini bildirir.
“Qazeta” resursuna istinadən, artımın 6,6 trilyon dollarlıq hissəsi istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt sayəsində əmək resurslarının artması hesabına təmin ediləcək.
Öz növbəsində qalan 9,1 trilyon dollarlıq ÜDM isə fərdi istehlaka hesablanmış, yüksək keyfiyyətli məhsul istehsalı sayəsində formalaşacaq.
“PwC”-nin analitiki Anan Rao qeyd edib ki, biz gələcəyi insan və kompüterlə birlikdə insanın təkbaşına olmasından daha effektiv görürük.