12 C
Baku
Monday, September 30, 2024

“Nokia” daha bir düyməli telefonunu təqdim etdi

Finlandiyanın tanınmış “Nokia” şirkəti yenilənmiş 3310 modelinin təqdimatından sonra yeni düyməli telefon istehsal etməyi planlaşdırır.

Gazetadaily.ru saytına istinadən məlumata görə, “Nokia” şirkəti yeni düyməli telefonunu təqdim edib.

Cihaz artıq Çinin Sertifikasiya Mərkəzində “TA-1017” adı altında qeydiyyata alınıb. Bundan sonra Finlandiya istehsalçısı düyməli cihazları sevənlərə üstünlük verəcək.

Yeni mobil telefonun texniki xüsusiyyətləri hələlik məlum deyil. Çox güman ki, cihaz iki SİM kartı dəstəkləyəcək və 3-cü nəsil rabitə şəbəkəsi onun üçün əlçatan olacaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər