2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ilk bankomatı qızıl ilə örtüldü

Müştərilərin öz vəsaitlərini artıq bank bölmələrində deyil, birbaşa olaraq bankomat vasitəsilə nağdlaşdırmaq imkanı əldə etdiyi andan yarım əsr bundan keçdi.

Banker.az xəbər verir ki, bu tarixin şərəfinə Londonda yerləşən ilk bankomat nümunəsi qızıl ilə örtülüb.

İndi sözügedən bu bankomat memorial xarakteri daşıyır. Bankomatın yanında yaddaş lövhəsi asılıb ki, onun da önünə qırmızı xalça ilə yaxınlaşmaq mümkündür.

İlk bankomat isə şotlandiyalı Con Şeferd-Beron tərəfindən yaradılıb. Bu bankomat Londonun şimalında Enfild rayonunda Barclays bankının bölməsinin yaxınlığında quraşdırılmışdı. Bu zaman bank cəmi 6 bankomat sifariş etmişdi.

Qeyd edək ki, hazırda dünyada təqribən 3 milyona yaxın bankomat var, hətta cənub qütbündə belə.

 

Son xəbərlər
Digər xəbərlər