9 C
Baku
Thursday, December 12, 2024

Palatanın xarici kreditlər üzrə layihələrin maliyyələşdirilməsi ilə bağlı açıqlaması

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklərin bir istiqaməti xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı ilə bağlı olub.

Bu barədə Hesablama Palatasının qanun layihəsi ilə bağlı təqdim etdiyi rəydə qeyd edilib.

Rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 mln. manat məbləğində vəsaitin məbləği 167 mln. manat artırılıb, ilkin nəzərdə tutulmamış 1 layihə üzrə 3 mln. manat məbləğində vəsaitin ayrılması təklif edilib. Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170 mln. manat məbləğində artırılması nəzərdə tutulub.

Hesablama Palatası öz rəyində həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər