“Məktəbəqədər təhsil haqqında” qanunun qüvvəyə minməsi büdcə vəsaitinin daha səmərəli istifadəsini təmin edəcək. Hesablama Palatasında belə hesab edirlər.
2017-ci il iyun ayından etibarən“Məktəbəqədər təhsil haqqında” qanun qüvvəyə minib.
“Qiymətləndirmələrimizə görə, bu qanunun qüvvəyə minməsi və onun tətbiqi ilə əlaqədar prezidentin tapşırıqlarının icrası büdcə vəsaitinin daha səmərəli istifadəsinə imkan yaradacaq”, – “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından bildiriblər.
Vurğulanıb ki, iyunun 30-da parlament tərəfindən qəbul edilən dövlət büdcəsinə düzəlişlər məktəbəqədər təhsil üçün büdcədən əlavə olaraq 32,6 mln. manatın ayrılmasını nəzərdə tutur. “Bu vəsait respublikanın 14 şəhər və rayonunda inşa edilən 20 uşaq bağçasının maliyyə təminatı olacaq”, – Palatadan qeyd edilib.