22 C
Baku
Sunday, October 19, 2025

Büdcəyə cərimə və sanksiyalardan daxilolmalar 55 faiz artırılıb

2017-ci il üzrə yenilənmiş büdcədə vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən
cərimə və sanksiyalardan daxilolmalar 140,0 mln. manatadək (90,0 mln. manat
məbləğində ilkin təyinatdan 50,0 mln. manat və ya 55,6% çox), gömrük rüsumları 469,0
mln. manatadək (454,0 mln. manat məbləğində ilkin təyinatdan 15,0 mln. manat və ya
3,3% çox) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 429,0 mln.
manatadək (353,0 mln. manat məbləğində ilkin təyinatdan 76,0 mln. manat və ya 21,5%
çox) artırılıb.

Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı rəyində qeyd edilir. Bildirilir ki, beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından Vergilər Nazirliyi xətti ilə 85,0 mln. manat, Dövlət Gömrük Komitəsi xətti ilə 50,0 mln. manat artım təmin ediləcək.

Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar üzrə cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 43101,8 min manat və ya illik proqnozun 47,9%-i səviyyəsində vəsaitin daxil olub. Bu da 2017-ci il üzrə müəyyən edilmiş 90000,0 min manat məbləğində proqnozun yenidən hesablanaraq artırılmasına real zəmin yaradıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər