7 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Azərbaycan bankları hansı pul köçürmə sistemləri ilə işləyir?

Azərbaycan bankları hansı pul köçürmə sistemləri ilə işləyir?

0
Azərbaycan bankları hansı pul köçürmə sistemləri ilə işləyir?

Azərbaycan bankları hazırda çox saylı pul köçürmə sistemləri ilə işləyirlər. Bunlar həm yerli, həmdə xarici sistemlərdir. Banker.azın apardığı monitorinqin nəticələrinə əsasən, aşağıda hazırda Azərbaycanda fəaliyyət göstərən pul köçürmə sistemləri haqqında qısa informasiya və bu sistemlərin hansı banklar tərəfindən təklif edildiyi qeyd edilmişdir.

Western Union – dünyada ən iri pul köçürmə sistemi olaraq, bu sahədə liderdir. Dünyanın 200-dən artıq ölkəsini əhatə edir. Köçürmələrin valyutası ABŞ dollarıdır.

Contact – Beynəlxalq sürətli pul köçürmə sistemidir. Dünyanın 167-dən artıq ölkəsini əhatə edir. Köçürmələri ABŞ dolları və Avro valyutalarında həyata keçirmək mümkündür.

Lider – Rusiyanın ən iri pul köçürmə sistemlərindəndir.  Dünyanın 130-dən artıq ölkəsini əhatə edir. Köçürmələri ABŞ dolları və Avro valyutalarında həyata keçirmək mümkündür.

Zolotaya korona – Daha çox Rusiyaya, Gürcüstana, Qazaxıstana,  Türkiyəyə və digər MDB ölkələrinə köçürmələr zamanı tərcih edilir. Köçürmələri ABŞ dolları və Azərbaycan manatı ilə həyata keçirmək mümkündür.

BLIZKO – Regionlararası Rabitənin və İnformatikanın İnkişafı Kommersiya Bankının (ASC SKB “Svyaz-Bank”) bazasında yaradılmış hesab açılmadan fiziki şəxslərin təcili pul köçürmələri sistemidir. Azərbaycan, Belarusiya, Gürcüstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Çexiya kimi ölkələri əhatə edir. Köçürmələr ABŞ dollarlarında və Avro-da həyata keçirilə bilər.

Forsaj  – sistemin operatoru  Почта России (Rusiya)-dır. Dünyanın 12 ölkəsində yerləşən 26 mindən çox məntəqədə fəaliyət göstərir. Köçürmələr ABŞ dollarlarında, Rus Rublunda və Avro-da həyata keçirilə bilər.

UPT –  sistemin operatoru  Aktif Bank (Türkiyə)-dir. Dünyanın 222 ölkəsində yerləşən 400 mindən çox məntəqədə fəaliyyət göstərir. Türk lirəsi, Avro vəABŞ dollarında köçürməni göndərmək və almaq imkanı yaradır.

Privat Money  –  Ukraynanın bütün ərazisində, Rusiyanın, İtaliyanın, Böyük Britaniyanın, Kiprin, Latviyanın, Çexiyanın, Portuqaliyanın, Azərbaycanın, Belarusun, Qırğızstanın, Tacikistanın və Moldovanın ən iri yaşayış ərazilərində yerləşən 5 000-dən artıq məntəqə və şöbəni əhatə edir. Köçürmələr ABŞ dollarlarında və Rus Rublunda həyata keçirilə bilər.

Faster –  Qazaxıstanın ilk beynəlxalq ekspress pul köçürmələri sistemidir. Qazaxstan, Özbəkistan, Rusiya Federasiyası, Azərbaycan, Qırğızıstan, Mongoliya,Ukrayna,Tacikistan, Belarusiya, BƏƏ, Gürcüstan, Böyük Britaniya kimi ölkələrdə fəaliyyət göstərən məntəqələri mövcuddur.  Köçürmələr ABŞ dollarlarında və Rus Rublunda həyata keçirilə bilər.

Caspian Money Transfer – Azərbaycanın ilk pu köçürmə sistemlərindəndir. Əhatə dairəsi əsasən MDB ölkələridir. Köçürmələri ABŞ Dolları, Avro, Rus Rublu və Azərbaycan manatında həyata keçirmək olar.

MONEX – təcili pul köçürmə sistemi 2011-ci ildə yaradılıb. Bu sistem vasitəsilə hal-hazırda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Moldova, Böyük Britaniya, Çexiya, Monqolustan, Nepal, Çin, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, B.Ə.Ə.,Tacikistan, Səudiyyə Ərəbistan və Küveyt ölkələrinin məntəqələrində xidmət olunur. Manat, ABŞ dolları, AVRO və Rusiya rublu ilə köçürmələr aparmaq mümkündür.

Xəzri – Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb. Xəzri Bankda hesab açmadan fiziki şəxslər arasında beynəlxalq sürətli pul köçürmələrinin aparılmasını təmin edir. Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada, Gürcüstan və Tacikistanda ümumilikdə 3500-dən artıq xidmət məntəqəsində tətbiq olunur. Azərbaycan Manatı, ABŞ Dolları və Avro ilə köçürmə etmək imkanı vardır.

Şimşək – Dəmirbank tərəfindən müştərilərə təqdim edilən sistemdir. Sistemin əhatə dairəsi hələki Dəmirbankın filial və şöbələri ilə məhdudlaşır. Köçürmələr manat, ABŞ dolları və ya Avro ilə aparıla bilər.

Unitransfer –  Unibanka məxsus Təcili Pulköçürmə Sistemidir. Unitransfer 2016-cı ilin iyun ayında yaradılıb və yalnız Unibank daxilində fəaliyyət göstərir. Bu sistemlə Unibankın bir filialından paytaxtda və respublikanın istənilən bölgəsində yerləşən filialına ən qısa müddətdə pul köçürmək olar. Köçürmə AZN/ USD/ EUR/ RUB valyutalarında mümkündür.

Vektor – Bank Respublika və eManat tərəfindən təqdim edilən pul köçürmə sistemidir. Bakı və ölkə üzrə 20 şəhərə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir. “Vektor” sistemi üzrə pul köçürmələri yalnız ölkə daxilində və manatla həyata keçirilir. Bir tranzaksiya üzrə köçürmənin maksimal məbləği 3000 AZN təşkil edir.

Köçürmənin adı Təklif edilən Bank
Western Union AccessBank, AFBBANK, AgBank, AmrahBank, ASB, AtaBank, AzeturkBank, Bank of Baku ,Bank BTB, Bank Respublika, Bank Silkway, DəmirBank, Kapital Bank, NBCBank, NikoilBank, Rabita Bank, TuranBank, Unibank, Xalq Bank, NaxçıvanBank.
Contact AccessBank, AFBBANK, AgBank, AmrahBank, AtaBank, AzeturkBank, Bank of Baku, Bank BTB, Bank Respublika, Bank Silkway, DəmirBank, ExpressBank, Kapital Bank, NBCBank, NikoilBank, Rabita Bank, Unibank, VTB Bank, Xalq Bank

Bank Avrasiya

Lider AccessBank, AFBBANK, AgBank, AtaBank, Bank of Baku,  Bank BTB, Bank Respublika, Bank Silkway, ExpressBank,

Kapital Bank, Rabita Bank, Unibank, Xalq Bank, MuğanBank,Bank Avrasiya

Zolotaya korona AccessBank, AFBBANK, AmrahBank, ASB, AtaBank, Bank BTB, DəmirBank, ExpressBank, Kapital Bank, NBCBank, NikoilBank, Rabita Bank, TuranBank, Unibank, VTB Bank, MuğanBank.
BLIZKO AccessBank, AFBBANK, AgBank, AtaBank, Bank Respublika, NBCBank, Rabita Bank, Unibank, VTB Bank, Xalq Bank
Forsaj AccessBank, Bank Respublika
UPT AgBank, AzeturkBank, Bank Respublika, Unibank, Xalq Bank
Privat Money Bank Silkway, Unibank
Faster Bank Silkway, Unibank
Caspian Money Transfer NaxçıvanBank
MONEX AccessBank, AFBBANK, AmrahBank, AzeturkBank, Bank of Baku, Bank BTB, ExpressBank, NikoilBank, Rabita Bank, TuranBank,Unibank, VTB Bank, Xalq Bank, MuğanBank, NaxçıvanBank, Bank Avrasiya
Xəzri AFBBANK, AtaBank, ExpressBank, Kapital Bank, VTB Bank
ManatExpress Rabita Bank, Xalq Bank
Şimşək DəmirBank
Unitransfer Unibank
Vektor Bank Respublika