UBS-in iqtisadçısı Paul Donovan bildirib ki, Federal Ehtiyat Sistetiminin (FED) rəhbərliyinə kim gəlsə də, faizlər artırılacaq.
Bloomberg-ə istinadən, ABŞ-da inflyasiyanın may ayında illik 1.4% artaraq 2%-lik hədəfdən aşağı qalmasına baxmayaraq, FED-in cari ildə bir dəfə də faiz artımına gedəcəyi gözlənilir.
P. Donova bildirib ki, FED özünü uzunmüddətli strategiyaya hədəfləmiş pozisiyadadır: “Bu səbəbdən gələn il FED-in rəhbərliyinə İvanka Tramp gəlsə belə, pul siyasəti sərtləşdiriləcək”.
Qeyd edək ki, FED sədri Janet Yellenin səlahiyyəti 2018-ci ilin fevral ayında başa çatır.