Bu ilin ikinci yarısında neftin qiymətləri 20-23% artacaq. “APA-Economics” “MarketWatch” nəşrinə istinadən xəbər verir ki, bunu UBS investisiya bankının analitiki Covanni Stounovo bildirib.
Bankir qeyd edilən müddət ərzində neft bazarında balansın yaranacağına əmindir.
Analitik deyir ki, ilin sonunadək “Brent” markalı neftin 1 barelinin dəyəri 60 dollara qədər artacaq, WTI markalı neft isə 58 dollaradək bahalaşacaq.
“Nəhayət ki, bazarda təklif azalmağa başlayacaq”, – deyə C.Stounovo bildirib.