Banker.az xəbər verir ki, dünyanın ən qədim banklarından biri, İtaliyanın Banca Monte dei Paschi di Siena bankı növbəti 4 il ərzində həyata keçirəcəyi geniş miqyaslı yenidəntəşkilat planını təqdim edib.
Ümumilikdə, bank 2021-ci ilə qədər 5,5 min əməkdaşını ixtisar edəcək, top-menecerlərin əmək haqqısını azaldacaq, 600 filialını bağlayacaq və 28,6 milyard avro dəyərində qaytarılmayan kreditlərini satacaq.
Bu tədbirlərin nəticəsində bankın xalis gəlirinin 2021-ci ildə 1,2 milyard avrodan çox təşkil edəcəyi planlaşdırılır. Səhmdar kapitalının gəlirlilik göstərici isə 10,7% artacaq.
Qeyd edək ki, bir il əvvəl, Avropa Mərkəzi bankı italyan bankından problemli kreditləri azaltmağı tələb etdikdən sonra, Banca Monte dei Paschi di Siena səhmlərinin dəyəri rekord həcmdə minimuma enmişdi.