AccessBankdan hədiyyəli depozitlər

Əmanətlərlə bağlı daha bir kampaniyanı isə AccessBank həyata keçirir. Qış kampaniyası çərçivəsində, Banka əmanət yatırmaq istəyənlərin aşağıdakı hədiyyələrdən birini seçmək şansı olacaq.

1.    50% endirimlə Visa Classic plastik kartı;
2.    Əmanətinin məbləği 1000 AZN/USD-dən artıq olan müştərilərə mobil nömrə üçün pulsuz dəqiqələr;
3.    Əmanətinin məbləği 5000 AZN/USD-dən artıq olan müştərilərə, balansında 50 AZN olan Visa Gold kartı 50% endirimlə.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 30 dekabr 2013-cü il tarixinədək qüvvədədir.

Əmanətlərin şərtləri ilə daha ətraflı şəkildə aşağıda tanış ola bilərsiniz.

Müddətli əmanət

Əmanəti açmaq üçün minimal məbləğ: 50 AZN, USD və ya  Avro;
Minimal faiz 6% – Maksimal faiz 10%
Müddət 6 – 60 ay (avro üçün 12-60 ay)

Faizlərin ödənişi – müştərinin istəyi ilə, aylıq və ya müddətin sonunda

•  Faiz gəlirinin cari və ya kart hesabına köçürülməsi imkanı;
•  Əmanəti istənilən vaxt çıxarmaq imkanı;
•  Müqavilənin avtomatik surətdə uzadılması.

Yığım əmanəti

Əmanəti açmaq üçün minimal məbləğ: 50 AZN, USD və ya  Avro;
Minimal faiz 5% – Maksimal faiz 9 % (+1 bonus)
Müddət 6 – 60 ay (avro üçün 12-60 ay)

Faizlərin ödənişi – müddətin sonunda

Hər ay minimal əmanət artımı – 5 AZN, USD və ya  Avro (yığım əmanəti hər ay planlı şəkildə artırıldıqda 1% bonus qazanmaq imkanı)

Bu əmanət növünü seçərkən müştəri istər əmanət müddətini, istər də aylıq yatırım məbləğini özünü təyin edə bilər və sonda seçdiyi plana vaxtlı-vaxtında əməl əlavə 1% qazanmaq imkanı əldə edir.

•  Əmanəti, istirahət günləri istisna olmaqla, istənilən tarixdə, qabaqcadan razılaşdırılmış plana əsasən, 5 Manat / ABŞ dolları / Avro və daha artıq məbləğdə artırmaq olar;
•  Əmanət vaxtlı-vaxtında, yəni müştərinin qabaqcadan seçdiyi artırma planına müvafiq surətdə artırıldıqda, faizlərdən əlavə bonus da toplanır;
•  Əmanət hesabını həm nağd, həm də nağdsız qaydada artırmaq olar;
•  Faiz gəlirini cari və ya kart hesabına köçürmək mümkündür.

Əlverişli əmanət

Əmanəti açmaq üçün minimal məbləğ: 50 AZN, USD və ya  Avro;
Faiz dərəcəsi- Manat / ABŞ dolları -6%; Avro –3%
Müddət- Müddətsiz

Faizlərin ödənişi – Hər ayın sonunda  
Minimal balans – 50 AZN
Hər ay minimal əmanət artımı – 5 AZN, USD və ya  Avro

  • –    Istənilən zaman pul əlavə etmək və çıxarmaq imkanı
  • –    Əmanəti istənilən zaman artırmaq və zəruri hallarda, ondan müəyyən məbləği çıxarmaq olar – bir şərtlə ki, depozit hesabında 50 Manat / ABŞ dolları / Avro məbləği qalmış olsun;
  • –    Bu növ əmanətdə nə minimal, nə də maksimal müddət yoxdur;
  • –    İllik faiz dərəcəsi həmin hesabdakı gündəlik balans məbləğinə toplanır;
  • –    Faizlər hər ayın sonunda həmin depozit hesabına toplanır;
  • –    Əgər Müştəri həmin əmanət növünə toplanan və yatırılan faizləri çıxarmazsa, o halda növbəti aylarda həmin faizlərin üzərinə də faizlər toplanacaq, yəni faizlərin kapitallaşdırılması baş verəcək;
  • –    Əmanət hesabının həm nağd, həm də nağdsız qaydada artırılması.

Müddət/valyuta

Müddətli

Yığım

Əlverişli

AZN

USD

Avro

AZN

USD

Avro

AZN

USD

Avro

6  – 9 ay

6,0%

6,0%

5,0%

5,0%

6,0%

3,0%

9- 12 ay

8,0%

8,0%

7,0%

7,0%

12- 60 ay

10%

10%

5%

9,0%

9,0%

4,0%

 Qeyd: Müddətli əmanət növündə effektiv faiz dərəcəsi nominal faizdən fərqlənir. Məsələn: 5000 Manat məbləği üçün 5 il müddətinə təklif olunan faiz dərəcəsi 8.6%-dir.

Son xəbərlər
Digər xəbərlər