2 C
Baku
Saturday, December 14, 2024

Azexport portalından 192 mln. dollarlıq sifariş olub

Azexport portalının fəaliyyətə başladığı 6 ay ərzində 192 milyon ABŞ dolları həcmində ixrac sifarişi daxil olub. İlk yarımildə Azərbaycandan qeyr-neft ixracının 1/5-dən də çox artmasında Azexport xüsusi rol oynayıb. Hətta bəzi məhsullar Azexportdan öncə satıldığından daha baha qiymətə satılıb. Bu barədə qurumun açıqlamasında deyilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu gün Azərbaycanda gedən islahat prosesləri inqilabi xarakter daşıyır və çox sürətlə gedir: “Elektron ticarət platforması – “Azexport” portalının yaradılması Azərbaycanda ixracata böyük dəstək verdi. “Azexport” portalı ilə əməkdaşlığa başladığımız vaxt pambıq mahlıcının ixrac satış qiyməti təxminən 1300-1350 ABŞ dolları dəyərində idi. Azexportun sayəsində hazırda bu qiymət 1750 ABŞ dollarına qədər yüksəlmişdir və bu artımın davam edəcəyini gözləyirik. Beləliklə, Azexportun tapdığı xarici müştərilər sayəsində mahlıcın hər tonu 400-450 ABŞ dolları və ya 1/3-ə qədər baha satılmaqla ölkəyə milyonlarla əlavə ixrac valyutası gətirilir.”

Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft ixracının artırılması istiqamətində atdığı addımlar, o cümlədən, Azexport portalının yaradılması qeyri-neft ixracının həcmini, çeşidini və coğrafiyasını daha da genişləndirib.

Son xəbərlər
Digər xəbərlər