Banker.az saytı Al Jazeera telekanalına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Reks Tillerson və Qətərin Xarici işlər naziri Muhammad bin Aldulrahman Al Tani terrorizmin maliyyələşməsi ilə mübarizə aparmaq üçün razılıq imzalayıb.
“Bu gün Qətər ABŞ ilə bu sahə üzrə memorandum imzalayan ilk ölkədir və biz Qətəri baykot edən ölkələri qarşılıqlı fəaliyyət ilə bağlı sənədi imzalayanlar qismində bizə qoşulmağa çağırıram” deyə Qətər naziri bəyan edib.
Telekanalın da qeyd etdiyi ki, Tillerson Qətər və Fars körfəzinin digər ölkələri arasında yaşanan diplomatik böhrana həll yolu axtarmaq üçün Dohaya gəlib. ABŞ dövlət departamentinin rəhbəri 12 iyul tarixində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirdən olan kolleqaları ilə danışıqlar aparmalıdır.
Qeyd edək ki, iyun ayında BƏƏ, Misir, Səudiyyə Ərəbistanı və Liviya da daxil olmaqla bir neçə ərəb ölkəsi Qətəri terrorizmi maliyyələşdirməkdə ittiham edərək ölkə ilə əməkdaşlıqlarını dayandırıb.







