“Azərbaycan İpoteka Fondu” ASC-nin nizamnamə kapitalı 19,1% – 366 mln. manatadək artırılacaq.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələri haqqında” fərman imzalayıb. Fərmana əsasən, AİF-in nizamnamə kapitalı 307 mln. 238,671 min manatdan 366 mln. manatdan 366 mln. manatadək artırılıb.
Bundan başqa, dəyişiklikərdə AİF-də daxili və xarici audit yoxlamalarının aparılması, ştatı və cəmiyyət üzrə əmək haqqı fondunu, ipoteka kreditinin məbləğinin müəyyən edilməsi qaydaları öz əksini tapıb.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.