Alibaba şirkəti özünün online və offline ticarətini birləşdirmək strategiyasını davam etdirir və Pekin və Şanxayda 3 yeni supermarket işə salır.
Hema supermarketləri adlanan bu outletlərdə istifadəçilər nahar etmək üçün fasilə edə və Alipay vasitəsilə mobil telefonun köməkliyi ilə ödəniş edərək qida məhsullarının çatdırılmasını sifariş edə bilərlər. Bu outletlər ən adi supermarketlərə bənzəsələr də, şirkətin məlumatına görə, pixtaxtadakı hər bir məhsul ştrix-koda sahibdir. Bu şifrəni skan edən istifadəçi məhsulun qiymətini və onu məhsul haqqında maraqlandıran bütün məlumatı görür.
Hema mağazaları ilk dəfə 2015-ci ildə ənənəvi supermarketləri transformasiya etmək məqsədilə işə salınmışdı. Hazırda Şanxay, Pekin və Ninboda belə mağazaların sayı 13-ə çatır.