Banker.az saytı CNBC nəşrinə istinadən xəbər verir ki, Donald Trump ABŞ prezidentliyinə namizəd olduğu vaxt Çin valyutasının məzənnəsini öz seçki kampaniyasının əsas məsələlərindən birinə çevirmişdi. Lakin indi Respublikaçıların siyasi uğursuzluqları Çin valyutası yuanın möhkəmlənməsinə səbəb olur.
Analitiklərin fikrincə, may ayından etibarən zəif şəkildə artan Çin valyutasının bu günlərdə möhkəmlənməsi dolların gözlənilmədən zəifləməsi ilə bağlıdır.
Çin Mərkəzi bankı valyutanın orta mübadilə məzənnəsinə nisbətən 2%-dən çox dəyişməsinə izn vermir. Tənzimləyici ofşor yuan məzənnəsini ciddi şəkildə nəzarət altında saxlaya bilməsə də, məzənnə Çində olan yuan məzənnəsinə yaxın səviyyədə dayanır.
Credit Suisse analitiklərinin sözlərinə görə, hazırda dollar/yuan cütlüyü üzrə 3 və 12 aylıq proqnozların 6,75 və 6,4 həddinə düşməsi riskinin olduğunu vurğulayıb.