“MFX Trading İnvestisiya Şirkəti”nin dövriyyəsində çöküş: 3.5 dəfəyədək kiçildi

Bu ilin yanvar-iyul aylarında “MFX Trading İnvestisiya Şirkəti” ASC-nin əməliyyatlarının dövriyyəsi 39 milyon 950 min manat təşkil edib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Ötən ilin eyni aylarında investisiya şirkətinin dövriyyəsi 141 milyon 231 min manat olub ki, bu da illik müqayisədə 3.5 dəfə azalma deməkdir.

Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 16 milyon 379 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 270 manat, repo əməliyyatları üzrə dövriyyə 23 milyon 571 min manat təşkil edib.

Xatırladaq ki, “MFX-Trading” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,11 milyon manatdır. Şirkətin yeganə səhmdarı Samir Xəlilovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər