Azərbaycan Mikromaliyyə Assosiasiyası İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Qadın sahibkarların planlaşdırma bacarıqlarının inkişafı vasitəsilə həvəsləndirilməsi “ layihəsinə start vermişdir. Layihə Azərbaycan Respublikasının Sahibkarlar Konfederasiyasının xüsusi dəstəyi nəticəndə ərsəyə gəlmişdir. Layihə respublikada qadınların iqtisadiyyatın inkişafında iştirakını təmin edən imkanları bütünlükdə dəstəkləyən Yoxsulluğun Azaldılması və Qeyri Neft sektorunda İqtisadiyyatın inkişafı Dövlət proqramı ilə uyğundur .
Layihənin əsas məqsədi Azərbaycan qadınlarının iqtisadi cəhətdən fəal vətəndaş kimi cəmiyyətdə iştirak etməsinə mane olan çətinlikləri aradan qaldırmaq, cari və potensial müştərilər kimi onların yaşayış standardlarını yaxşılşdırmaq və istədikləri həyatı əldə etmək üçün bilik və bacarıqlarını inkişaf etdirməkdir.