Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahəsinin 1 kv.m.-nin müxtəlif əraziləri üzrə hazırda qüvvədə olan yeni orta bazar qiymətləri açıqlanıb.
Report “Azərbaycan İpoteka Fondu” ASC-yə istinadən xəbər verir ki, Bakıda orta qiymət 1 164 – 3 283 manat arasında dəyişir.
Bu rəqəm Gəncə, Sumqayıt və Xırdalanda 1 320 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 975 manat, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 610 manatdır.
Şəhər/Rayon | Zonalar | Orta qiymət 1 m2(AZN ilə) |
Bakı | Zona 1 | 3283 |
Zona 2 | 3012 | |
Zona 3 | 3158 | |
Zona 4 | 2420 | |
Zona 5 | 2067 | |
Zona 6 | 2618 | |
Zona 7 | 2201 | |
Zona 8 | 1791 | |
Zona 9 | 1658 | |
Zona 10 | 1494 | |
Zona 11 | 1207 | |
Zona 12 | 1164 | |
Gəncə, Sumqayıt və Xırdalan | 1320 | |
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan | 975 | |
Digər rayon (şəhər) və qəsəbələr (kəndlər) | 610 |
Xatırladaq ki, 01.10.2016 – 31.03.2017 tarixlərində Bakıda orta qiymət 989 – 3 216 manat arasında, Gəncə, Sumqayıt və Xırdalanda 1 069 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 975 manat, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 589 manat təşkil edib.