Valyuta hərracından sonra dolları ucuzlaşdıran banklar var

Bankların əksəriyyəti dolları yenə də dəyişməz saxlayıb. Baxmayaraq ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu tərəfindən keçirilən valyuta hərracında dollar/manat cütlüyünün məzənnəsi cüzi ucuzlaşaraq 1,7008 səviyyəsinə kimi enib.

Banker.az-ın saat 12:00-15:00 radələrində olan monitorinqinə əsasən, yalnız “Amrahbank” ASC və “DəmirBank” ASC tərəfindən dəyişiklik edilib.

Belə ki, “Amrahbank” saat 12:00 radələrində  1,7000 manata satdığı ABŞ dollarını ucuzlaşdıraraq 1,6990 manata təklif edir. Adıçəkilən bank hal-hazırda Azərbaycanda dolları ən sərfəli qiymətə satır.

“Dəmir Bank” saat 12:00 da ABŞ valyutasını alışını 1,6930-dan 1,6950 manata , Satışını isə 1,7000-dən 1.6990 manata kimi endirib.

“AGBank”, “Xalq Bank” və “Azərbaycan Sənaye Bankı” dolları ən baha qiymətə, yəni, 1,7100 manata təklif edirlər.

 

Son xəbərlər
Digər xəbərlər