İyul ayında dünya bazarında xam neftin qiymətləri barədə Azərbaycan Dövlər Neft Şirkəti (SOCAR) məlumat yayıb.
SOCAR-ın məlumatına görə, iyul ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,56 dollara, Urals nefti 47,92 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,34 dollara satılib.
Neft məhsullarının ixracı
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyul ayında 32 min 625 ton dizel yanacağı, 1 min 968 ton təyyarə yanacağı, 6 min 360 ton yüksək təzyiqli polietilen, 586 ton mütləqləşdirilmiş izopropil spirti, 2 min 976 ton maye piroliz qətranı, 2 min 504 ton propilen və 1 min 58 ton butilen butadien fraksiyası ixrac etmişdir.
Ümumilikdə, 2017-ci ilin yanvar-iyul ayları ərzində 348 min 180 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 54 min 171 ton yüksək təzyiqli polietilen, 6 min 405 ton mütləqləşdirilmiş izopropil spirti, 37 min 277 ton maye piroliz qətranı, 24 min 662 ton propilen və 16 min 378 ton butilen butadien fraksiyası ixrac edilmişdir.
2017-ci ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)- 509,92 ABŞ dolları, təyyarə yanacağının-474,06 dollar, dizel yanacağının-435,01 dollar, 1 faizli kükürdlü mazutun-286,50 dollar, yüksək təzyiqli polietilenin-1163,75 dollar, butilen butadien fraksiyasının-515,66 dollar, maye piroliz qətranının-509,92 dollar, propilenin qiyməti-790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti -1335 avro təşkil etmişdir.
Xam neftin ixracı
SOCAR 2017-ci ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından 1 milyon 540 min 751 ton xam neft ixrac edilib. Ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 9 milyon 667 min 66 ton xam neft ixrac edilmişdir.
Bildirilir ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdiriləcək.