8 C
Baku
Friday, December 13, 2024

Valyuta hərraclarında dollar alışı azalıb: ARDNF-in açıqlaması

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama verib.

Banker.az xəbər verir ki, ARDNF tərəfindən 2017-ci ilin iyul ayı ərzində 253,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır. Bu isə son 3 ayda ən aşağı göstəricidir.

Dövlət Neft Fondunu ilin 7 ayında ümumilikdə  1 milyard 939 milyon 900 min ABŞ dolları satıb.

Xatırladaq ki, ARDNF tərəfindən, yanvar ayı ərzində – 285 mln. USD, mart ayı ərzində 250 milyon USD, fevral ayı ərzində – 258,4 mln. USD, aprel ayı ərzində – 220,8 mln. USD, may ayı ərzində 300,3 mln. ABŞ dolları və iyun ayı ərzində 373,2 milyon ABŞ dolları satılmışdı.

 

Son xəbərlər
Digər xəbərlər