Venesuelanın “qara bazar”ında ABŞ dollarının məzənnəsi 21% artaraq 14 800 bolivara yaxınlaşıb.
Rusiya mətbuatına istinadən, milli valyutanın kəskin dəyərdən düşməsinə səbəb ötən bazar günü ölkədə keçirilmiş parlament seçkiləri nəticələrinin müxalifət tərəfindən qəbul edilməməsi fonunda təşkil olunan etiraz aksiyaları olub.
Qeyd edək ki, Venesuela dolların rəsmi məzənnəsi 10 bolivar, əlavə mübadilə sistemində isə 2 900 bolivar təşkil edir.