Hər kəsin səfil hesab etdiyi amerikalı bir şəxs xeyriyyəçiliyə $188 milyon pul bağışladı.
Sietlin sakini Cek MakDonaldın gizli milyoner olduğu yalnız onun ölümündən sonra aşkar olmuşdu. Sağ olarkən hər kəs onu kasıb hesab edirdi. O, köhnə, geyinmiş paltarlar geyinirdi, endirimlərə kuponlar yığırdı və ictimai nəqliyyatdan istifadə edirdi. Lakin vəsiyətnaməsində o, 188 milyon dollar pulun xeyriyyəçiliyə bağışladığını qeyd etmişdi.
2013-ci ildə bu Vaşınqton ştatında ən böyük ianə olmuşdu. Cek MakDonaldın vəsiyətnaməsi onun vəfat etməsindən sonra xalqa açıqlanmışdır. Cek MakDonald sentyabrda 98 yaşında vəfat etmişdi. Onun ögey qızı Dennisin sözlərinə görə, Cek heç vaxt varlı olduğunu göstərmək istəməyib, çünki ondan heç kimin «pul dilənməsini» istəmirdi. Onun həyat yoldaşı isə bəyan etmişdi: «Biz onun qərarına hörmətlə yanaşırıq»
The New York Daily News məlumatına görə, MakDonald ilk kapitalını onun valideynlərinə mənsub olan şirkəti satandan sonra əldə etmişdi. O, bütün vəsaitlərini qiymətli kağızlara yatırmışdı. Birjada oyun onun əsl xobbisinə çevrilir və ona külli miqdarda gəlir gətirməyə başlayır. Cekin ögey qızının sözlərinə görə , MakDonald daha öncələr də xeyriyyəçiliklə məşğul olub. O, anonim şəkildə yarım milyon dollardan çox pul Sietlda uşaq hospitalının ehtiyaclarının ödənməsinə, həmçinin bir vaxtlar onun babasının yaşadığı Kanadanın qəsəbəsinin büdcəsinə $150,000 pul bağışlamışdı.
Həmçinin Dennis MakDonald onun anası ilə ogey atasının ömür boyu bağı olan balaca rahat evdə yaşadıqlarını və çox səyahət etdiklərini deyib. Qocalıqda isə cütlük qocalar üçün evə köçüblər. Həyat yoldaşı vəfat etdikdən sonra MakDnald bütün vaxtını qiymətli kağızların kursunun öyrənməsinə sərf edirdi. O, çox mütəvazi şəkildə yaşayırdı: mağazalarda endirimlərə kuponlar yığırdı, həmişə ictimai nəqliyyatda gedirdi və demək olar ki, heç zaman özünə yeni geyim almırdı.
Vəsiyətnaməyə görə, Cek MakDonaldın bir neçə milyonluq sərvətinin 40%-i uşaq tibb mərkəzinə, sərvətin üçdə bir hissəsi «Xilasetmə ordusu» adlı dini-xeyriyyəçilik təşkilata, son hissəsi isə Vaşinqton Universitetinin hüquq fakültəsinə çatacaq. 1940-cı ildə Cek MakDonaldın özü Vaşinqton universitetinin hüquq fakltəsini bitirmişdi.