10 C
Baku
Tuesday, November 26, 2024

Bu gün OPEC-in növbədənkənar iclası olacaq

Bu gün OPEC ölkələri və quruma daxil olmayan istehsalçıların bir qisiminin iştirakı ilə Abu-Dabidə növbədənkənar iclas keçiriləcək

Müzakirələr, əsasən, bəzi ölkələrin istehsalın azadılması ilə öhdəliklərini yerinə yetirməməsi ətrafında olacaq.

“Bloomberg”in araşdırmasına görə, OPEC dövlətlərinin hasilatın azaldılması razılaşmasına əməl etmə nisbəti iyul ayında 86 faizə düşüb. Bu da yanvar ayından indiyə qədər ən aşağı göstəricidir.

Qeyd edək ki, iki gün davam edəcək toplantıya Küveyt və Rusiya həmsədrlik edəcək.

Son xəbərlər
Digər xəbərlər