-3 C
Baku
Sunday, December 15, 2024

Ən nəhəng özəl bankı statusunu itirdi

Banker.az xəbər verir ki, Almaniyanın nəhəng Deutsche Bank bankı artıq dünyanın 15 ən nəhəng özəl bankı reytinqinə daxil deyil.

Alman bankı üçün kifayət qədər çətin keçən son bir il ərzində onun özəl bank xidmətləri üzrə bölmələrinin gəlirləri keçən il ilə müqayisədə 28% enib. Bu enmə dollar ilə 227 milyard dollar təşkil edir.

Nəticədə Deutsche Bank bank təhlil olunan 25 özəl bank sırasında 16-cı pillədə yer alıb. Bank nümayəndəsinin verdiyi məlumatda qeyd edilir ki, aktivlərin enməsi ABŞ-da özəl müştərilərə xidmət göstərilməsi üzrə biznesin satışı, biznesin sadələdirilməsi və risklərin azaldılması ilə bağlı proqramı tərk etmək qərarı ilə bağlıdır.

Dünyanın ən nəhəng özəl bankları reytinqinə yenidən UBS bankı liderlik edir. İsveçrə bankı 2,06 trilyon dollar həcmində aktivlər idarə edir.

Son xəbərlər
Digər xəbərlər