15 C
Baku
Monday, May 6, 2024

Lütfi Zadənin vəsiyyəti: Məni Azərbaycanda dəfn edin

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə atasının vəziyyətinin ağır olduğunu deyib.

Eləcə də bax: Qeyri- səlist məntiq nədir və ya Lütfi Zadə dünyaya nəyi bəxş etmişdir?

“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

MənbəAzVision
Son xəbərlər
 ⁠
Digər xəbərlər