10 C
Baku
Thursday, December 12, 2024

Nə vaxtsa faydalı hesab ən absurd əşyalar

1. Civə 

Civənin dərman kimi istifadə edilməsində məşhurluq qazanması həkim Con Xanterin (XVI əsr) bu maddənin köməkliyi ilə özünü sifilisdən xilas etdiyini bəyan etdiyindən sonra başlamışdı. Adətən sifilis xəstəliyinin üç inkişaf mərhələsi olur. Bu mərhələlər remissiya dövrləri ilə müşahidə olunur və onlar 2-3 il davam edə bilərlər.

Yəqin ki, bu remissiya dövrlərinin birini yaşayanda Xanter sağaldığını hesab edib.
Con Xanter öz «sehirli» dərmanının xeyrini subüt etmək istədiyi mübahisə zamanı ürək çatışmazlığından vəfat etmişdi.

2. Tütün

Tütünün təsirini ilk dəfə XV əsrdə Yeni Dünyanın əhalisi öz üzərində sınamışdı. Tütünü zövq üçün çəkirdilər, həmçinin dezinfeksiya, baş ağrısını və soyuqdəyməni müalicə etmək və yorğunluqdan azad olmaq üçün istifadə edirdilər. Onu hətta anesteziya qismində də istifadə edirdilər. Tütünü Avropaya gətirdiklərində avropalılar onu «hər dərdə dərman» vasitəsi hesab etməyə başladılar və onu «müqəddəs ot» və «ilahi dərman» adları ilə təltif etmişdilər.

XVII əsrdən XIX əsrə qədər Avropada tütün klizmaları məşhur idilər. Hindistanda isə tütünü dişlər üçün xeyirli sayırdılar, bu isə tütün diş məcununun yaranmasına səbəb olmuşdu.

4. LSD terapiya

1950-ci və 60-cı illərin əvvəlində LSD-ni tədqiq edərək bu preparatı alkoqolizmə, şizofreniya və cinayətkar davranışa qarşı istifadə edilə biləcəyi qərarına gəlinmişdi. Bugünkü gündə LSD əksər insanlarda sağlamlıqla bağlı xoş təəsüratlar yaratmır, lakin Norveç alimləri indiyə qədər onu alkoqolizmin və şizofreniyanın müalicəsində tətbiq etmək yollarını öyrənirlər.

5. Bağırsaq qurdu

1950-ci illərdə insanlar arıqlamaq üçün özlərini qəsdən bağırsaq qurdu ilə yoluxdururdular.

Bağırsaq qurdları parazitlər olduğu üçün insanın yedikləri maddələrlə qidalanırlar və həmin insanın arıqlamasına, qarında ağrılara, yorğunluğa, ürək bulanmasına, qəbzliyə və xeyirli maddələrin defisitinə səbəb olur. Bundan savayı, qurd hər zaman bağırsaqda və yaxud mədədə qalmır. Bəzən o, bütün orqanizmi səyahət edir.

6. Kokain

Coca-Coladan savayı, kokain həmçinin digər çox saylı dərman vasitələrinin tərkibinə daxildir. Onun eyforistik, canlandırıcı və ağrı kəsici effektləri kokainin sağlam həyat tərzinə mükəmməl əlavəedici kimi məşhurlaşmağına səbəb olmuşdu.

Narkotik anlaşmaların və narkotik satıcıların arasında müharibələr başlamamışdan xeyli əvvəl kokain bütün xəstəlikləri sağaldan dərman və ən görkəmli həkimlər tərəfindən tövsiyə edilən möcüzəvi ot hesab edilirdi.

7. Radioaktiv içkilər

1900-cü illərin əvvəlində insanlar radioaktivliyi xeyirli hesab edirdilər. Onlar böyük məmnuniyyətlə radiasiyaya uğramış əşyaları alırdılar – revmatimaya qarşı radiumdan olan qolbaqlar, artritə qarşı urandan olan ədyal, qocalmaya qarşı radioaktiv maska, radioaktiv dərman və s.

İnsanlar suda radiasiyanın təbii olduğunu hesab edirdilər. Və işgüzar insanlar radiasiyaya uğramış içkilərin satışına başlayırlar. Məşhur sənayeçi Yeben Bayers gün ərzində üç şüşə radiasiyalı su içirdi.
1932-ci ildə isə Wall Street Journal Beyersə “Onun çənəsinin böyük hissəsini itirməyənə qədər içkinin nəticəsi mükəmməl görünürdü” adlı nöyük bir məqalə həsr etmişdi.

8. Köpək balığının qığırdağı

Xərçəngin müalicəsində yeməyə əlavə kimi köpək balıqlarının qığırdaqları satılırdı.

1950-ci illərdə cərrah Con Prudden tibbdə heyvanların qığırdaqlarının istifadəsi haqqında araşdırmaya başlayır. Bir müddətdən sonra o, şişlərin balacalaşması və xərçəngin müalicə yollarını tapdığını bəyan edir. Onun tədqiqatlarının nəticələrini heç kəs təkrarlamır və yoxlamır da. «Köpək balıqları xərçəng xəstəliyinə tutulmur» adlı kitabın çıxmasından sonra bu üsul məşhurlaşır.

Kitabın ideyası köpək balıqlarının xərçəng xəstəliyinə tutulmadıqlarına görə və köpək balıqların qığırdaqdan ibarət olduğuna görə, demək ki, onların qığırdağında xeyirli bir maddə var.

Müasir tədqiqatlar köpək balığının qığırdağında xeyirli bir maddənin olmadığını sübut ediblər.

9. Öskürəyə qarşı heroin

1898-ci ildə Bayer laboratoriyasında öskürəyə qarşı heroin siropu düzəldilmişdi. Yalnız 1910-cu ildə onun istehsalı dayandırılmışdı.

Son xəbərlər
Digər xəbərlər