Özbəkistan mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınması sahəsində Azərbaycan təcrübəsini öyrənmək istəyir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu barədə avqustun 9-da komitədə Özbəkistan Respublikasının Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş zamanı danışılıb.
Bildirilib ki, yaxın vaxtlarda Özbəkistanda mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınması prosesi həyata keçiriləcək və səfərin məqsədi də bu sahədə mühüm addımlar ataraq təqdirəlayiq nailiyyətlər əldə edən Azərbaycan təcrübəsini öyrənməkdir. Nümayəndə heyətinə texniki və təşkilati-hüquqi məsələlər, bu sahəyə cavabdeh olan müvafiq qurumlar arasında əməkdaşlığın təşkili barədə ətraflı məlumat verilib.