2016-2017 illərdə yeni buraxılacaq olan 5 və 10 funtluq banknotlar pambıq kağız üzərində deyil, polimer materialdan hazırlanacaq. Bu haqda məlumat tənzimləyici orqanın mətbuat xidmətindən verilmişdir.
Verilən məlumatda həmçinin bildirilir ki, polimer banknotlar kağız banknotlardan fərqli olaraq yaş olmurlar və çirklənmirlər. Bununla əlaqədar olaraq da, plastik banknotlar 2,5 dəfə daha uzun ömürlü olur.
2016-cı ildə üzərində B. Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin təsviri olan 5 funtluq banknotun buraxılması planlaşdırılır. Əvvəl verilən məlumata görə, o Britaniya banknotları üzərində rəsmi təsvir edilən ölkənin yeganə müasir siyasətçisi olacaq.
Banknotun üzərində Çörçilin 1941-ci ildə fotoqraf Yousuf Karsh tərəfindən şəkilmiş rəsmi əks etdiriləcək. Banknotun aşağı hissəsində siyasətçinin 1940-cı ildə İcmalar palatasında səsləndirdiyi sitatı yer alacaq: «I have nothing to offer but blood, toil, tears and sweat» (“Mən qanımdan, gərgin əməkdən, göz yaşından və tərdən başqa heç nə təklif edə bilmərəm”).
2017-ci ildə isə İngiltərə bankı üzərində yazıçı Ceyn Ostinin rəsmi olan 10 funtluq banknot buraxmağa hazırlaşır. Hazırda isə bu nominalda olan banknotun üzərində Çarlz Darvinin təsviri var.
Yeni 10 funtluq banknotun aşağı hissəsində yazıçının “Qürür və qərəz” romanından bir sitatı yer alacaq: «I declare after all there is no enjoyment like reading!» (Düzünü desək, kitab oxumaqdan başqa, heç bir məmnuniyyət tanımıram”).
İlk plastik pullar 80-ci illərin sonunda Avstraliyada buraxılmışdı. O zamandan sonra isə plastik pullar Sinqapur, İndoneziya, Tayland, Yeni Zellandiya, Ruminya, Braziliya, Çin və Meksika kimi ölkələrdə buraxılmışdı.