Brilyant
- Karatın qiyməti: $6 mindən başlayaraq $20 minə qədər.
- Ən qiymətli brilyantlar: 1 karatdan başlayaraq: klassik şəkildə kəsilmiş yumru brilyantlar ; mükəmməl təmizlikdə olanlar (yad qatqılarsız) ; rəngsiz və yaxud maviyə çalan çalarda; Yakutiyada, İsraildə və ya CAR-da çıxarılmış brilyantlar.
Zümrüd
- Karatın qiyməti: $500 –dən başlayaraq $6 minə qədər.
- Ən qiymətli zümrüdlər: bərabər həcmdə yayılmış tünd yaşıl rəngdə ; az saylı qüsurlarla şəffaf olanlar ; Kolumbiyada çıxarılmış zümrüdlər.
- Tamamilə təmiz təbii zümrüd olmur.
Yaqut
- Karatın qiyməti: $190 başlayaraq $7 minə qədər.
- Ən qiymətli yaqutlar: zəngin çəhrayı rəngdə olanlar; təmiz və yaxud nadir xəttlər, nöqtələr, qatqılar formasında olan qüsurlarla yaqutlar ; Myanmedə çıxarılmış yaqutlar.
Sapfir
- Karatın qiyməti: $150 başlayaraq $5 minə qədər.
- Ən qiymətli sapfirlər: zəngin göy rəngdə olanlar (həmçinin narıncı, sarı, yaşıl və çəhrayı sapfirlər); dəyirmi şəkildə kəsilmiş olanlar; Kəşmirdə çıxarılmış sapfirlər.
Aleksandrit
- Karatın qiməti: $100 başlayaraq $6 minə qədər.
- Ən qiymətli aleksandritlər: gün işığında rəngini göy-yaşıl rəngdən çəhrayı-qırmızı rəngə dəyişənlər və süni axşam işığında rəngini qırmızı-bənövşəyi rəngə dəyişənlər; Rusiyada çıxarılmışlar.
Ametist
- Karatın qiyməti: $40 başlayaraq $200 qədər
- Ən qiymətli ametistlər: süni işıqlandırma zamanı rəngini dəyişməyən əlvan, təmiz qırmızı- bənövşəyi rəngdə olan ametistlər; Uralda çıxardılmışlar.
Akvamarin
- Karatın qiyməti: $80 başlayaraq $300 qədər.
- Ən qiymətli akvamarinlər: xüsusi mavi-yaşıl çalarda olanlar; böyük ölçüdə – 10 karatlıq olanlar.
Topaz
- Karatın qiyməti: $30 başlayaraq $150 qədər
- Ən qiymətli topazlar: təmiz əlvan mavi rəngdə olanlar.
- Həmçinin təmiz çəhrayı, sarı və göy rəngdə topazlar olur. Onlar daha ucuz olurlar.
Turmalin
- Karatın qiyməti: $65 başlayaraq $500 qədər.
- Ən qiymətli turmalinlər: çəhrayı və yaxud yaşıl rəngdə olanlar, həmçinin «paraiba» adlanan xüsusi firuzə rəngdə olanlar («paraiba» turmalinlərin ilk aşkar olunduğu Braziliya ştatının adıdır); az saylı qüsurları olan təmiz turmalinlər; 2 karatlıq ölçüdə olan turmalinlər.
Comments are closed.