7 C
Baku
Sunday, December 15, 2024

Elektron imza nədir?

Ölkəmizin qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.

Əhali üçün

Tələb olunan sənədlər – Tək şəxsiyyət vəsiqəsi

3 illik xidmət haqqı -30 AZN (ƏDV daxil)

Onlayn sifariş – 25 AZN (ƏDV daxil)

Dövlət qurumları üçün

Tələb olunan sənədlər – Sənədlər paketi

80 AZN (ƏDV daxil)

Hüquqi və fiziki şəxslər üçün

Tələb olunan sənədlər – Sənədlər paketi

168 AZN (ƏDV daxil)

Elektron imza kartından istifadə edərək, E-imzalayıcı proqramı vasitəsi ilə elektron sənədləri yaratmaq və imzalamaq olar. Həmçinin, E-imzalayıcı proqramı vasitəsi ilə imzalanmış sənədlərdə imzanın tamlığını yoxlamaq, imza sahibi haqqında məlumat əldə etmək olar. E-imzalayıcı vasitəsi ilə tək sənədi deyil, həmçinin şəkil, audio, video fayl, və ya istənilən formatda olan faylları imzalamaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər