12 C
Baku
Wednesday, December 11, 2024

Alış-veriş edin, hissə-hissə ödəyin

Alış-veriş etmək üçün əlavə vəsaitə ehtiyacınız var? O zaman Expressbank-a müraciət edə bilərsiniz! Expressbank sizlərə alış-veriş üçün sərfəli taksit kartı təklif edir. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı altında təqdim olunan “Smilecard” müştərilərə kredit almaq, alış-veriş zamanı xərclənən məbləği aylara bölərək hissə-hissə ödəmək, vəsaiti daha rahat və təhlükəsiz vasitə olan plastik kartda saxlamaq imkanlarını yaradır.

Dünyanın istənilən yerində “Smilecard” ilə edilən əməliyyat zamanı (onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.

“Smilecard”-a sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla 2000 AZN-dək arta bilən taksit balansına malik kart əldə edə bilərlər. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də – ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə etmə imkanıdır.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniziuo

Son xəbərlər
Digər xəbərlər