Ümumi məlumat
Kapital Bank namizədləri Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
- Ali təhsil
- Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
- MS Office proqramları üzrə biliklər
- Komanda tərkibində işləmək bacarığı
- Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır
CV göndərmək üçün LİNK: https://kapitalbank.az/career/Satish-kanallari-shobesinde-Birb-38?hl=az