Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə avqust ayının 8-ci valyuta hərracı keçirilib.
Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, 29 avqust 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb. Bu da iyulun 26-dəki rəsmi məzənnəyə qayıdması deməkdir.
Xatırladaq ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7010 səviyyəaində formalaşmışdı.
Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.







