“Azərbaycan İpoteka Fondu” ASC-nin aktivləri 2017-ci ilin əvvəlindən 14,04%, illik müqayisədə isə 19,51% artaraq cari il iyulun 1-nə 790 412 787 manata çatıb. Aktivlərin 74,59%-i və ya 589 577 151 manatı ipoteka kreditləri, 7,52%-i və ya 59 460 329 manatı banklarda yerləşdirilmiş depozitlər, 15,25%-i və ya 120 508 340 manatı ödəniş tarixinədək saxlanılan investisiyaların payına düşür.
Azərbaycan İpoteka Fonduna istinadən, Fondun cəmi öhdəlikləri ilin əvvəlindən və illik müqayisədə hər iki halda 19,02% artaraq 409 301 836 manata yüksəlib. Nizamnamə kapitalı 6,78% artaraq 365 927 110 manat təşkil edib. Cari il iyulun 1-nə bölüşdürülməmiş mənfəət 7 053 987 manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,76% çox, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 3,6 dəfə azdır.